Samir Ələkbərov, sonra Qurban Qurbanov - "Neftçi"nin ən yaxşıları

 Samir Ələkbərov, sonra Qurban Qurbanov - "Neftçi"nin ən yaxşıları

"Neftçi”nin Azərbaycan çempionatlarındakı ən yaxşı bombardiri Samir Ələkbərovdur.

Peşəkar Futbol Liqasından "Mediasport"a verilən məlumata görə, komandanın çempionat tarixindəki 999 matçlıq xronikasında böyük üstünlüyə malik olan sabiq hücumçu rəqib qapılarına bütövlükdə 99 dəfə yol tapıb.

“Neftçi” Qəbələdəki oyunda çempionat oyunlarının sayını 1000-ə çatdırsa da, onun ən yaxşı bombardiri karyerasını bitirdiyi üçün qol sayını 99-dan 100-ə yüksəldə bilməyib.

200-dən çox futbolçunun qol vurduğu “Neftçi”nin çempionatdakı ikinci ən yaxşı bombardiri Qurban Qurbanovdur.

Uzun illərdir “ağ-qaralar”ın əsas rəqibi “Qarabağ”ın baş məşqçisi olan sabiq qoleador 66 dəfə rəqiblərinin, o cümlədən indiki komandasının da qapısına yol tapıb.

“Neftçi”nin ilk qolunun müəllifi olan Yunis Hüseynov isə bu siyahıda hələlik 3-cüdür.

Amma 58 qola malik futbol veteranı Emin Mahmudovun “nəfəsini hiss edir”.

İndiki kapitan keçmiş kapitandan 2 top geridədir.