"Kəpəz"dən Moldova millisinə getdi

 "Kəpəz"dən Moldova millisinə getdi

"Kəpəz"in futbolçusu Viktor Stina Moldova milli komandasına çağırılıb.

"Mediasport" xəbər verir ki, bununla bağlı Gəncə klubuna Moldova Futbol Federasiyasından rəsmi məktub göndərilib.

28 yaşlı yarımmüdafiəçisi sentyabrın 20-də remyer Liqanın 6-cı turunun "Sumqayıt"la matçından sonra yığmanın düşərgəsinə yollanacaq.

O, UEFA Millətlər Liqasının K qrupunda Slovakiya, Farer adaları və Qazaxıstan kollektivlərinə qarşı forma geyinə bilər.

Sina millidə 30 oyun keçirib, 4 qol vurub.