Azərbaycan medal sıralamasında 1 pillə gerilədi - III MDB Oyunları

Azərbaycan medal sıralamasında 1 pillə gerilədi - III MDB Oyunları

Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi MDB Oyunlarının medal sıralamasında dəyişiklik olub.

"Mediasport" xəbər verir ki, ölkəmiz 2-ci pillədəki mövqeyini əldən verib.

Ümumilikdə 114 medal (32 qızıl, 31 gümüş, 51 bürünc) qazanmış Belarus yenidən 2-ci sıraya yüksəlib.

3-cü yerə düşən Azərbaycanın aktivində 166 medal (29 qızıl, 48 gümüş, 89 bürünc) var.

Sıralamanın lideri Rusiya 212 medal (116 qızıl, 58 gümüş, 38 bürünc) qazanıb.

Medal sayını xeyli artıran Özbəkistan cədvəldə vəziyyətini yaxşılaşdırıb. Asiya təmsilçisi 108 medalla (22 qızıl, 31 gümüş, 55 bürünc) 4-cü pillədə yer alıb.

"5-liy"i 78 medalla (9 qızıl, 24 gümüş, 45 bürünc) Qazaxıstan qapayır.

Oyunlara oktyabrın 8-də yekun vurulacaq.