Azərbaycanın 20 sərbəst güləşçisi İranda "Necad Haşimi kuboku"nda

Azərbaycanın sərbəst güləşçiləri sabah İranın Behşehr şəhərində start götürəcək "Necad Haşimi kuboku"nda iştirak edəcəklər.
"Mediasport" xəbər verir ki, ölkəmiz turnirdə 20 idmançı ilə təmsil olunacaq.
Komandamız İrana böyük məşqçi Arif Abdullayev, məşqçilər Rövşən Hacıyevlə Nazim Əlicanovun rəhbərliyi altında yollanıb.
Mayın 16-da başa çatacaq yarışda Vasif Bağırov, Sədrəddin Həsənov, Hüseyn Hüseynov (hamısı 57 kq), Zamin Məmmədov (61 kq), Hacı Kərimov, Elcan İsmayılzadə, Sübhan Səfərli (hamısı 65 kq), İsmayıl Rəhimli, Adəm Bağırov, Nurlan Ağazadə, Sadiq Hüseynov (hamısı 70 kq), Omar Gülməmmədov (74 kq), Muradxan Omarov (79 kq), Məhəmməd Abbaszadə, Təbriz Bayramov, Vasif Xudiyev (hamısı 86 kq), Anar Cəfərli, Şəmistan Axundov (hər ikisi 92 kq), Yusif Dursunov və Muxamad Qantemirov (hər ikisi 125 kq) gücünü sınayacaq.