Lüksemburq futbolçuları Bakıda millimizə 5 cavabsız qol vurdular

Lüksemburq futbolçuları Bakıda millimizə 5 cavabsız qol vurdular

Azərbaycanın qızlardan ibarət U-17 millisi bu gün AVRO-2025-in II seçmə mərhələsində mübarizəyə başlayıb.

"Mediasport" xəbər verir ki, Nərgiz Qurbanovanın baş məşqçisi olduğu komandamız qrupda ilk oyununu Lüksemburq yığmasına qarşı keçirib.

Yığmamız darmdağına məruz qalıb. Qrupun digər görüşündə də eyni hesab Bolqarıstanın xeyrinə qeydə alınıb.

B Liqasının 2-ci qrup görüşləri Bakıda təşkil ediləcək.

Millimizin digər rəqibləri Bolqarıstan və Malta seçmələri olacaqlar.


AVRO-2025. II seçmə mərhələ. B liqası, II qrup, 1-ci tur


Azərbaycan - Lüksemburq 0:5

Baş hakim: Eqlantina Pyetruşay (Albaniya)

Bakı, Bayıl stadionu.