Azərbaycan milli komandası Monteneqro ilə bərabərə qaldı

Mayın 21-də Bakıda start götürəcək minifutbol üzrə dünya çempionatına Monteneqro hazırlaşan Azərbaycan millisi təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirib.
"Mediasport" xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv yerli yığma ilə qarşılaşıb.
Herseq Novi şəhərindəki “Polino Arena”da baş tutan görüş 1:1 hesabı ilə yekunlaşıb, komandamızın qolunu Samir Həmzəyev vurub.
Xatırladaq ki, millimiz mundialda A qrupunda Mavritaniya, Sloveniya və Bəhreynlə birlikdə yer alıb.