Bayramovadan bürünc medal, 3 güləşçimiz finala vəsiqə qazandı

Bayramovadan bürünc medal, 3 güləşçimiz finala vəsiqə qazandı

Bolqarıstanın Samokov şəhərində güləş üzrə U-17 Avropa çempionatı davam edir.

"Mediasport" xəbər verir ki, Fatimə Bayramova (53 kq) polşalı Zuzanna Sokolovskaya tam üstünlüklə (10:0) qalib gələrək U17 Avropa çempionatında bürünc medal qazanıb.

Hüseyn Rzazadə (48 kq) rusiyalı Asilder Asluyevə tam üstünlüklə (10:0) qalib gəlib və U-17 Avropa çempionatının finalına yüksəlib.

Rəşid Nazarov (65 kq) fransalı Saşa Ober üzərində qələbə qazanıb və turnirin həlledici mərhələsinə vəsiqəni təmin edib.

Nihad Süleymanlı (80 kq) rusiyalı Rəcəb Rəcəbovu 2:0 hesabı ilə üstələyib və yarışın final mərhələsinə adını yazdırıb.