Daha 4 güləşçimiz "Çempionlar" turnirində medal qazandı
Türkiyənin Antalya şəhərində güləş üzrə U-20 "Çempionlar" beynəlxalq turniri davam edir.
"Mediasport" xəbər verir ki, yarışın ikinci günündə Azərbaycanın daha 4 güləşçisi fəxri kürsüyə yüksəlib.
Sərbəst güləş yarışlarında Nurlan Ağazadə (74 kq) bürünc medala sahib çıxıb.
Yunan-Roma güləşçilərindən Orxan Hacıyev gümüş, Abdullah Həsənov (hər ikisi 87 kq) bürünc mükafat qazanıb.
Qadınlar arasında Esra Məmmədli (53 kq) isə bürünc medalçı olub.
