Azərbaycanlı hakimlər Türkiyə - Slovakiya matçını idarə edəcəklər

Azərbaycanlı hakimlər Türkiyə - Slovakiya matçını idarə edəcəklər

Azərbaycanın futzal hakimləri beynəlxalq oyuna təyinat alıblar.

Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətindən "Mediasport"a verilən məlumata görə, Hikmət Qafarlı, Knyaz Əmiraslanov və Əli Cəbrayılovdan ibarət briqada AVRO-2026-nın III qrupunda keçiriləcək Türkiyə - Slovakiya görüşünü idarə edəcək.

Matç martın 12-də Ərzincan şəhərində keçiriləcək və saat 17:00-da start götürəcək. Oyunun hakim-inspektoru xorvat İvan Novak olacaq.