İspaniya Superkubokunun matçları Azərbaycanda keçirilə bilər

İspaniya Superkubokunun matçları Azərbaycanda keçirilə bilər

Futbol üzrə İspaniya Superkuboku uğrunda oyunlar qarşıdakı illərdə Azərbaycanda keçirilə bilər.

"Mediasport" xəbər verir ki, bu barədə İspaniya Kral Futbol Federasiyasının (RFEF) baş direktoru Manuel Lalinde məlumat paylaşıb.

O bildirib ki, 2027-ci ildə Asiya Kuboku ilə üst-üstə düşən təqvim səbəbindən Səudiyyə Ərəbistanına alternativ variantlar arasında Azərbaycan da var.

Lalinde ölkəmizdən təklif aldıqlarını açıqlayıb.

Qeyd edək ki, İspaniya Superkuboku 2027-ci ildə İstanbulda təşkil olunacaq.