"Neftçi" kubokda finala 9, "Araz-Naxçıvan" 20 qolla vəsiqə aldı
Futzal üzrə Azərbaycan Kubokunda finalçılar məlum olub.
"Mediasport" xəbər verir ki, Yüksək Liqa təmsilçiləri yarımfinal sınağından uğurla çıxıblar.
“Neftçi” “Baku Fire-2”yə şans verməyib - 9:1. “Araz-Naxçıvan” isə PFL-ə güzəştə getməyib - 20:3.
Final qarşılaşması mayın 21-də keçiriləcək.
