Azərbaycanlı hakim AÇ-nin qrup oyununda əsas hakim olacaq
Futzal üzrə Avropa çempionatının final mərhələsinin oyunlarına dəvət alan Azərbaycanın FİFA referisi Hikmət Qafarlıya növbəti təyinat verilib.
"Mediasport" xəbər verir ki, həmyerlimiz bu dəfə B qrupunda keçiriləcək Ukrayna - Litva matçının birinci hakimi olacaq.
Ona İngiltərədən Peter Nurse və İtaliyadan Çiara Perona kömək edəcəklər.
Yanvarın 25-də Kaunasda 17500 azarkeş tutumuna malik “Jalgiris Arena”da keçiriləcək görüş saat 19:00-da başlanacaq.
Qeyd edək ki, FİFA referisinin ilk təyinatı yanvarın 22-də həmin arenada baş tutmuş Ermənistan - Ukrayna qarşılaşması olub.
Hikmət Qafarlı bu dueldə "timekeeper" kimi çalışıb.
