Azərbaycan millisinə daha iki portuqal məşqçi gətirildi - RƏSMİ
20 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Ruy Jorjenin köməkçiləri müəyyənləşib.
"Mediasport" xəbər verir ki, portuqaliyalının iki əsas yardımçısı həmyerliləri olacaqlar.
Bunlar uzun müddətdir Jorje ilə birlikdə çalışan Aleşandro Silva və Romeo Almeydadır.
Xatırladaq ki, mütəxəssisin digər köməkçisi azərbaycanlı məşqçi olacaq, lakin onun kimliyi hələlik dəqiqləşməyib.
U-20 gələn il Azərbaycan və Özbəkistanın birgə təşkilatçılığı ilə keçiriləcək dünya çempionatında iştirak edəcək.
