Millimizin Fransa və İslandiya ilə matçlarının biletləri satışa çıxarıldı

Millimizin Fransa və İslandiya ilə matçlarının biletləri satışa çıxarıldı

Futbol üzrə Azərbaycan milli komandasının DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində gələn ay İslandiya və Fransa yığmalarına qarşı Bakıda keçirəcəyi keçirəcəyi oyunların biletləri satışa çıxarılıb.

"Mediasport" xəbər verir ki, "iticket.az" vasitəsilə satılan biletlərin qiymətləri İslandiya ilə oyun üçün 5-30 manat aralığında dəyişir.

Azərbaycan - Fransa görüşünü izləmək istəyənlər azı 5, maksimum 200 manat ödəməlidirlər.

Qeyd edək ki, İslandiya ilə duel noyabrın 13-də (saat 21:00, 8-ci km qəsəbə stadionu), Fransa ilə qarşılaşa isə noyabrın 16-da (saat 21:00, Tofiq Bəhramov adına Respublika stadionu) baş tutacaq.