AVRO-2027: Millimiz səfərdə Cəbəllütariqə qarşı - YENİLƏNİR

AVRO-2027: Millimiz səfərdə Cəbəllütariqə qarşı - YENİLƏNİR

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirəcək.

"Mediasport" xəbər verir ki, B qrupunda yer alan Rəşad Eyyubovun rəhbərlik etdiyi kollektiv Cəbəllütariqin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

“Europa Point Stadium”da keçiriləcək görüş “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.

Xatırladaq ki, yığmamız qrupda 2 xalla 5-ci pillədə qərarlaşıb.


AVRO-2027. Seçmə mərhələ. B qrupu


22:00 Cəbəllütariq - Azərbaycan

Baş hakim: Andrei Çivulete

Yan xətt hakimləri: Radu Ginkuleaç, Mihaita Nekula

Dördüncü hakim: George Katalin Roman (hakimlər briqadası Rumıniyadandır)

“Europa Point Stadium”.