Avropa çempionatı: Millimiz Bakıda Çexiya ilə bərabərə qaldı

 Avropa çempionatı: Millimiz Bakıda Çexiya ilə bərabərə qaldı

Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandası Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

"Mediasport" xəbər verir ki, Rəşad Eyyubovun baş məşqçisi olduğu kollektiv 8-ci tur çərçivəsində Çexiya futbolçularını qəbul edib.

Masazır stadionunda baş tutan görüş bərabərliklə yekunlaşıb.

Komandamızın heyətində hissəsin sonlarında Eşqin əhmədov fərqlənib.

Xatırladaq ki, yığmamız qrupda bunadək Portuqaliya (0:5, 0:4), Bolqarıstan (1:1, 0:0), Çexiya (0:5), Şotlandiya (3:3) və Cəbəllütariq (1:0) ilə oyunlarda 5 xal toplayıb.

Komandamızın sentyabrın 30-da səfərdə Şotlandiya, oktyabrın 6-da Bakıda Cəbəllütariq millisi ilə qarşılaşacaq.


AÇ-2027. B qrupu. 8-ci tur


Azərbaycan - Çexiya 1:1

Baş hakim: Aaron Odoud

Yan xətt hakimləri: Darra Kiqan, Şeyn Cerrard O'Brayen

Dördüncü hakim: Pol Norton (hamısı İrlandiya)


1. Portuqaliya             7  6  1  0  28-0   19

2. Çexiya                    7  4  3  1  16-4   15

3. Şotlandiya              8  3  2  3  18-10  11

4. Bolqarıstan            7  3  2  2   7-6     11

5. Azərbaycan            7  1  4  3  6-19    7

6. Cəbəllütariq            8  0  0  8  1-37    0