Azərbaycan millisinin sabiq futbolçusu 1-ci Liqa klubuna keçdi
1-ci Liqada yarışan “Səbail” heyətini yeni oyunçu ilə gücləndirib.
"Mediasport" xəbər verir ki, Quba təmsilçisi Sərtan Taşkını transfer edib.
Azərbaycan milli komandasının sabiq futbolçusu ilə 1+1 illik müqavilə imzalanıb.
Müdafiəçi son olaraq Türkiyədə “Serik Spor”un formasını geyinib.
Karyerası ərzində “Keşlə”, “Sumqayıt”, “Zirə”, “Turan Tovuz” və “Manisa”da da çıxış etmiş 28 yaşlı cinah oyunçusu Azərbaycan Premyer Liqasında ümumilikdə 193 görüş keçirib, 13 qol vurub.

