Avropa çempionatı: Millimiz Portuqaliyadan 5 top buraxdı

Avropa çempionatı: Millimiz Portuqaliyadan 5 top buraxdı

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində mübarizəyə başlayıb.

"Mediasport" xəbər verir ki, Ayxan Abbasovun komandası yer aldığı B qrupunda Portuqaliya ilə qarşılaşıb.

Barseluş şəhərindəki "Estadio Cidade" stadionunda keçirilən görüş millimizin böyükhesablı məğlubiyyəti ilə yekunlaşıb.

U-21 növbəti matçını sentyabrın 9-da Bakıda Bolqarıstan yığmasına qarşı keçirəcək.

Matç saat 18:00-da start götürəcək.

AVRO-2027-nin seçmə mərhələsi. 1-ci tur

Portuqaliya - Azərbaycan 5:0

Baş hakim: Konstantinos Fellas

Baş hakimin köməkçiləri: Pavlos Georgiu və Giorgios Xaralampus

Dördüncü hakim: Dimitris Solomu

"Estadio Cidade" stadionu, Portuqaliya.