"Neftçi"nin legioneri vətəninə gedir

"Neftçi"nin futbolçusu Edvin Kuç növbəti dəfə Monteneqro milli komandasına çağırılıb.
"Mediasport" xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi dünya çempionatının seçmə görüşlərində baş məşqçi Robert Prosineçkinin sərəncamında olacaq.
Monteneqro yığması martın 22-də Cəbəllütariq, 25-də isə Farer adaları komandaları ilə qarşılaşacaq.
Qeyd edək ki, yığmaya 2023-cü ildən dəvət alan Kuç 11 oyun keçirib, 3 qol vurub.