Şahmatçılarımız Rumıniyada Avropa çempionatında yarışacaq

Şahmatçılarımız Rumıniyada Avropa çempionatında yarışacaq

Rumıniyanın Eforie şəhərində təşkil olunacaq kişilər arasında arasında fərdi Avropa çempionatına qatılacaq Azərbaycan şahmatçıları müəyyənləşib.

"Mediasport" Beynəlxalq Şahmat Federasiyasının (FİDE) rəsmi saytına istinadən xəbər verir ki, qitə birinciliyində ölkəmizin şərəfini 13 zəka sahibi qoruyacaq.

Bunlar Aydın Süleymanlı, Nicat Abasov, Məhəmməd Muradlı, Əhməd Əhmədzadə, Misrətdin İsgəndərov, Riyad Səmədov, Vüqar Manafov, Şiroğlan Talıbov, Elmar Atakişiyev, Xaqan Əhməd, Süleyman Süleymanlı, Sahib Vəliyev və Ümid Aslanov mübarizə aparacaqlar.

Yarış martın 15-26 mart aralığında baş tutacaq.