Azərbaycan çempionatı: Mükafat fondu 92 min manat təşkil edəcək

 Azərbaycan çempionatı: Mükafat fondu 92 min manat təşkil edəcək

Kişi və qadınlar arasında keçiriləcək Azərbaycan çempionatına iştirakçı sayı açıqlanıb.

Bu barədə "Mediasport"a Azərbaycan Şahmat Federasiyasından məlumat verilib.

6-22 fevral aralığında təşkil olunacaq birinciliyə 46 zəka sahibi qatılacaq. Onlardan 30-u, 16-sı qadınlar arasında mübarizə aparacaq.

Çempionat olimpiya sistemi üzrə FİDE oyun qaydaları əsasında baş tutacaq.

Ölkə çempionatında Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Eltac Səfərli, Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva və digər tanınmışlar da yarışacaqlar.

Ümumi mükafat fondu 92 min manat təşkil edəcək. Bu məbləğdən 62 min manat kişilərin, 30 min manat isə qadınların çempionatına aiddir.