Güləşçimiz Şimali Makedoniyada Avropa çempionu adını qazandı
Şimali Makedoniyanın paytaxtı Skopyedə güləş üzrə U-20 Avropa çempionatı davam edir.
"Mediasport" xəbər verir ki, Azərbaycanın daha 5 təmsilçisi medal üçün görüşlərini keçirib.
70 kq çəkidə mübarizə aparan Hacı Kərimov finalda fransalı Bayssanqur Bitmurzayevə tam üstünlüklə (10:0) qalib gələrək qitə çempionu olub.
Muhəmməd İsmayılov (57 kq), Bəşir Verdiyev (65 kq) və Fərhad Süleymanlı (97 kq) isə bürünc mükafata sahib çıxıblar.
Elcan İsmayılzadə (79 kq) bürünc medal üçün təsəlliverici görüşdə uğur qazana bilməyib.


