"Ağır artilleriya"mız mübarizəyə başlayır - Dünya çempionatı

Xorvatiyanın paytaxtı Zaqrebdə güləş üzrə dünya çempionatı davam edir.
"Mediasport" xəbər verir ki, bu gün mundialda yunan-Roma güləşi üzrə yarışlar başlanacaq.
İlk gündə Azərbaycanın 4 təmsilçisi - 4 qat dünya çempionu Eldəniz Əzizli (55 kq), Sənan Süleymanov (77 kq), Qurban Qurbanov (82 kq) və Beka Kandelaki (130 kq) mübarizəyə qoşulacaq.
Xatırladaq ki, Azərbaycan millisinin heyətində sərbəst güləşçilərdən Giorgi Meşvildişvili (125 kq) gümüş, Nürəddin Novruzov (61 kq), Arseniy Djioyev (86 kq) və Osman Nurmaqomedov (92 kq) bürünc medal qazanıblar.
DÇ-yə sentyabrın 21-də yekun vurulacaq.