Qadın güləşçilərimiz ümidləri doğrultmadılar - Dünya çempionatı
Serbiyanın Novi Sad şəhərində güləş üzrə U-23 dünya çempionatı davam edir.
"Mediasport" xəbər verir ki, Azərbaycanın daha bir təmsilçisi medal şansı əldə edib.
60 kq çəki dərəcəsində yarışan yunan-Roma güləşçimiz İlkin Qurbanov bürünc mükafat görüşünə vəsiqə qazanıb.
İdmançımız təsəlliverici qarşılaşmada türkiyəli Mert İlbarsa ilk xal prinsipinə əsasən (1:1) qalib gəlib.
O, üçüncü yer uğrunda dueldə özbəkistanlı Mehrac Bəhramovla qarşılaşacaq.
Bu gün mübarizəyə qoşulan qadın güləşçilərimizə gəlincə, Gültəkin Şirinova (55 kiloqram) və Ruzanna Məmmədova (65 kiloqram) təsnifat mərhələsində, Nərgiz Səmədova (57 kiloqram) isə 1/8 finalda uduzublar.
Qeyd edək ki, U-23 dünya çempionatında Elmir Əliyev (55 kiloqram) və Ziya Babaşov (63 kiloqram) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar, Ruslan Nurullayev (72 kiloqram) bürünc medal qazanıb.
