Azərbaycanın qadın FİFA referisi 6:0 hesabının iştirakçısı oldu

 Azərbaycanın qadın FİFA referisi 6:0 hesabının iştirakçısı oldu

FİFA referisi Fəridə Lütfəliyeva qadınlar arasında U-19 Avropa çempionatının seçmə mərhələsinin II raundunda ilk oyununu idarə edib.

"Mediasport" xəbər verir ki, ədalət təmsilçisi B qrupunun Kosovo – Moldova matçında baş hakim olub.

Qarşılaşma Kosovo futbolçularının 6:0 hesablı qələbəsi ilə başa çatıb.

Fəridə Lütfəliyeva aprelin 15-də Kosovo – Litva matçının ehtiyat, 18-də Moldova – Litva görüşünün isə baş hakimi olacaq. Digər referi Gülnurə Əkbərzadə isə baş hakimin köməkçisi funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, oyunlar Litvanın Kaunas şəhərində keçirilir.