Azərbaycanın iki idmançısı dünya çempionatına lisenziya qazandı

 Azərbaycanın iki idmançısı dünya çempionatına lisenziya qazandı

Azərbaycanı beynəlxalq fiqurlu konkisürmənin buz üstündə rəqs növü üzrə yarışlarda təmsil edən Anna Obrien və Dreyk Tonq cütlüyü yeniyetmələr arasında keçiriləcək dünya çempionatına vəsiqə qazanıb.

Bu barədə "Mediasport"a Azərbaycan Qış İdman Növləri Federasiyasından məlumat verilib.

Təmsilçilərimiz bu uğuru Macarıstanın Budapeşt şəhərində keçirilən “Santa Klaus” kubokunda 11 idmançı arasında (126.79 xal) 6-cı yeri tutmaqla əldə ediblər.

Qeyd edək ki, yeniyetmələr arasında dünya çempionatı martın 3-8-də Estoniyanın paytaxtı Tallin şəhərində keçiriləcək.