Kapitan: "Bakıda qrupun favoriti ilə başabaş mübarizə aparmaq olar"

Kapitan: "Bakıda qrupun favoriti ilə başabaş mübarizə aparmaq olar"

"Rəsmi görüşlərə qədər azı 2 oyun da keçirmək lazımdır. Hazırlıq, yanaşma necə olacaqsa, nəticə də ona uyğun olacaq. Komanda yoldaşlarıma inanıra".

"Mediasport" xəbər verir ki, bunu futzal üzrə Azərbaycan milli komandasının qapıçısı Emin Kürdov deyib.

Qolkiper DÇ-2028-in Avropa zonası zonası üzrə əsas mərhələsinin püşkatması barədə fikirlərini bölüşüb.

O, yığmamızın pley-offa vəsiqə qazanmaq niyyətində olduğunu bildiirb:

"Çexiya ilə 2 il əvvəl yoldaşlıq oyunlarında qarşılaşmışıq. Düzdür, həmin matçlarda uduzmuşuq, ancaq rəsmi oyunların tapşırığı fərqli olur.

Həmin görüşlər də göstərdi ki, Bakıdakı matçda qrupun favoriti hesab edilən çexlərlə başabaş mübarizə aparmaq olar. Bəlkə səfərdə də bunu etmək mümkündür. Onlarda da nəsildəyimə prosesi gedir, gənc futzalçılar komandaya cəlb olunur.

Hər şey hazırlıqdan, həmin oyunlar ərəfəsində futzalçıların durumundan asılı olacaq. Latviya ilə son illərdə klub səviyyəsində qarşılaşmışıq.

Təbii ki, Çexiya millisi onlardan çox güclü rəqibdir. Normal qrupa düşmüşük. Hər bir rəqiblə oynamaq və meydandan xalla ayrılmaq olar. Çalışacağıq ki, minimum tapşırığı yerinə yetirib pley-offa vəsiqə qazanaq".

Kapitan yoldaşlıq matçları keçirməyin vacibliyini qeyd edib:

"Yaxşı hazırlıq prosesi keçməli, yoldaşlıq oyunlarında gücümüzü sınamalıyıq. Sonuncu dəfə apreldə Qazaxıstan millisi ilə qarşılaşmışıq.

Mübariz kollektivimiz var. Qalır yaxşı hazırlaşmaq, tapşırıqları meydanda düzgün yerinə yetirmək. İnanıram ki, Azərbaycan millisi yenidən elit-raunda vəsiqə qazanacaq.

Təbii ki, bu yolda azarkeşlərimiz də bizə dəstək olmalı, hər zamankı kimi zalda varlıqlarını hiss etdirməlidirlər".

Qeyd edək ki, Yevgeni Kukseviçin baş məşqçi olduğu komanda 12-ci qrupda Çexiya və Latviya seçmələri ilə yarışacaq.