"Bu adı bizə hədiyyə etməyiblər"

"Bu adı bizə hədiyyə etməyiblər"

"2026-cı il ərzində Milli Gimnastika Arenasında müxtəlif yarışlar keçirilib. Bu, ilin sonuna kimi davam edəcək".

"Mediasport" xəbər verir ki, bu sözləri gənclər və idman naziri Fərid Qayıbov deyib.

O, Bakıda təşkil edilən güləş üzrə U-17 dünya çempionatının açılış mərasimində çıxış edib. Nazir dövlət tərəfindən idmana yüksək səviyyədə diqqət göstərildiyini qeyd edib:

"Bakı bu il üçün dünyanın idman paytaxtı seçildi. Bu adı bizə hədiyyə etməyiblər. Bu, dövlətimizin başçısının uğurlu idman siyasətinin nəticəsidir”.

Nazir güləş üzrə dünya çempionatının yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb:

“Burada müxtəlif ölkələrdən idmançılar iştirak edirlər. İnanıram ki, yarış Azərbaycan təmsilçiləri üçün uğurlu olacaq. Dünya çempionatında ştirak edən bütün güləşçilərə uğurlar arzulayıram".

Qeyd edək ki, Milli Gimnastika Arenasında təşkil edilən yarışa avqustun 2-də yekun vurulacaq.