Azərbaycanın üç boksçusu Dünya Kubokunda yarımfinala çıxdı
Çinin Quyyan şəhərində boks üzrə Dünya kubokunda 1/4 finala yekun vurulub.
"Mediasport" xəbər verir ki, Reytinq xarakterli yarışda Azərbaycan millisinin daha iki idmançısı adını yarımfinala yazdırıb.
Səidcəmşid Cəfərov (75 kq) ikinci döyüşündə Muhammad Nurani (İran) ilə münasibətinə aydınlıq gətirib.
Boksçumuz rəqibinə ikinci raundda nokautla qalib gəlib. O, yarımfinalda Qabriel Quidi Rontani (İtaliya) ilə qarşılaşacaq.
Murad Allahverdiyev (80 kq) isə 1/4 finalda Marlon Sevehondan (Avstraliya) güclü olub - 5:0 (29:28, 29:28, 29:28, 30:27, 30:27). Allahverdiyev yarımfinalda Cavohir Ummataliyevlə (Özbəkistan) döyüşəcək.
Bununla da özləri üçün ən azı bürünc medalı təmin edən boksçularımızın sayı 3-ə yüksəlib.
Daha öncə Alfonso Dominges (90 kq) yarımfinala vəsiqə qazanıb.
Yarımfinal döyüşləri iyunun 20-də olacaq.


