Azərbaycan boksçuları Avropa çempionatında yarışacaqlar

 Azərbaycan boksçuları Avropa çempionatında yarışacaqlar

Azərbaycan boksçuları Çexiyanın Ostrava şəhərində keçiriləcək U-19 Avropa çempionatında mübarizə aparacaqlar.

"Mediasport" xəbər verir ki, sentyabrın 30-da başlanacaq qitə birinciliyi 10 gün davam edəcək.

Mötəbər yarışda ölkəmiz 8 idmançı ilə təmsil olunacaq.

Oğlanlardan ibarət yığmanın baş məşqçisi Elbrus Rzayev, məşqçilər Yadigar Məmmədovla Elvin Məmişzadənin rəhbərliyi ilə Bilalhəbaşi Nəzərov (50 kq), Zidan Hümbətov (55 kq), Sübhan Babayev (60 kq), Rza Rzayev (70 kq), Abbasqulu Şadlinski (75 kq) və Məhəmməd Cəfərov (+90 kq) yarışacaq.

Qızlardan ibarət millinin məşqçisi Anar Baxışovun rəhbərliyi altında isə rinqə Banuçiçək Nəsirli (48 kq) və İlkanə Əhmədova (+80 kq) çıxacaqlar.

Avropa çempionatında referilər sırasında beynəlxalq dərəcəli hakim Rövşən Qədirov da yer alacaq.

Komanda yarışa Azərbaycan Boks Federasiyasının İdarə Heyətinin üzvü Rövşən Hüseynovun rəhbərliyi altında yollanacaq.