Bakı klubundan ayrılan israilli "Hapeol"lə müqavilə bağladı

Bakı klubundan ayrılan israilli "Hapeol"lə müqavilə bağladı

Mövsüm başa çatan kimi “Səbail”dən ayrılan Gitai Sofirin yeni komandası müəyyənləşib.

"Mediasport" xəbər verir ki, israilli yarımmüdafiəçi ölkəsinə qayıdıb.

25 yaşlı futbolçu 1-ci Liqa təmsilçisi “Hapoel" (Hadera) klubu ilə 1 mövsümlük müqavilə bağlayıb.

Xatırladaq ki, Sofir "dənizçilər"in heyətində 26 oyuna 1 qolla yadda qalıb.