Benziadan "Qarabağ"da qalıb-qalmayacağı ilə bağlı AÇIQLAMA

Benziadan "Qarabağ"da qalıb-qalmayacağı ilə bağlı AÇIQLAMA

“Hələlik qəti bir söz deyə bilmərəm. Hazırda “Qarabağ”la danışıqlar aparırıq. Görək necə olacaq".

"Mediasport" xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Yassin Benzia deyib.

Əlcəzairli vinger "CBC Sport" kanalına açıqlamasında Ağdam klubu ilə başa çatmaq üzrə olan müqaviləsini yeniləməyin lehinə olduğunu qeyd edib.

Ərəb klublarından təklif alan yarımmüdafiəçi bildirib ki, Azərbaycanda oynamaqdan məmnundur:

"Komandamı, ölkəni çox bəyənirəm. Baş məşqçi mənə güvənir, mən də ona. Gələcəkdə nə baş verəcəyini görəcəyik”."

Xatırladaq ki, 2023-cü ilin yanvarından "köhlən atlar"ın düşərgəsində olan yarımmüdafiəçinin "Qarabağ"la anlaşması iyunun 30-na qədərdir.