Bakı rəsmən 2026-cı il üzrə Dünya İdman Paytaxtı elan olundu

Bakı rəsmən 2026-cı il üzrə Dünya İdman Paytaxtı elan olundu

Bakı rəsmən 2026-cı il üzrə Dünya İdman Paytaxtı elan olunub.

"Mediasport" xəbər verir ki, "Dünya İdman Paytaxtı" titulu rəsmi olaraq Monakodan Azərbaycanın paytaxtına keçib.

Bununla əlaqədar Bakıda rəsmi təqdimetmə mərasimi keçirilib.

Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Milli Olimpiya Komitəsinin I vitse-prezidenti Çingiz Hüseynzadə, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və digər rəsmi şəxslər iştirak ediblər.

Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyasının (ACES) da qatıldığı tədbirdə qurum prezidenti Qian Françesko Lupatelli, baş katib Uqo Alonso, Monako Knyazlığının sabiq Təhsil, Gənclər və İdman naziri İzabella Klaudio Alina Bonnalla təmsil olunub.