Klubların lisenziyalaşdırılması üzrə təlimlərə yekun vuruldu

Klubların lisenziyalaşdırılması üzrə təlimlərə yekun vuruldu

AFFA Lisenziya və Qeydiyyat Departamenti klubların lisenziyalaşdırılması üzrə təlimləri başa vurub.

"Mediasport" xəbər verir ki, lisenziyalaşdırma şöbəsinin əməkdaşları 2026/2027-ci il mövsümü üzrə yarışlarda iştirak etmək məqsədilə lisenziya almaq üçün müraciət edən bütün Premyer Liqa, I və II Liqa, o cümlədən AFFA Yüksək Qızlar Liqasında çıxış edən klublarla fərdi görüşərək lisenziyalaşdırma qaydalarını müzakirə edib, klub nümayəndələrini müvafiq sənədlərlə tanış ediblər.

Qeyd edək ki, 2025-ci ilin noyabr-dekabr aylarını əhatə edən təlimlərin 20-si AFFA-nın inzibati binasında, 10-u isə regionlarda baş tutub.