Keyn karyerası ilə bağlı qərar verdi - 3,5 illik yeni müqavilə bağladı
Almaniya nəhəngi “Bayern" Harri Keynlə yeni müqavilə imzalayıb.
"Mediasport" xəbər verir ki, ingiltərəli hücumçu ilə anlaşma 2029-cu ilin yayınadək nəzərdə tutulub.
33 yaşlı forvard 3,5 illik müqaviləyə görə ümumilikdə 80 milyon avroya yaxın qazanc əldə edəcək.
Qeyd edək ki, Keyn Münhen klubunda 2023-cü ildən forma geyinir.
O, "Bayern"lə 161 oyun keçirib, 156 qolla yadda qalıb.

