BU DA SON - Kriştiano Ronaldo milli karyerasını başa vurdu!
Dünya futbolunun canlı əfsanəsi Kriştiano Ronaldo Portuqaliya millisindəki karyerasını başa vurub.
"Mediasport" xəbər verir ki, 41 yaşlı superulduz bununla bağlı sosial şəbəkə hesabında video paylaşıb.
O, Portuqaliya yığmasının həmişə onun qəlbində xüsusi olacağını açıqlayaraq sevənləri ilə vidalaşıb.
Xatırladaq ki, Ronaldo millidə 2003-cü ildən çıxış edirdi.
Fenomenal hücumçu geridə qalan 23 ildə yığma forması ilə 234 oyun keçirib, 146 qol və 45 məhsuldar ötürmə ilə yadda qalıb.
Ronaldo milli ilə 2016-cı ildə Avropa çempionatının, 2018/2019 və 2024/2025 mövsümlərində UEFA Millətlər Liqasının qalibi olub.

