Bakıdakı DÇ-nin açılışında Aygün Kazımova və Aleyna Tilki oxuyacaq

Mayın 21-də Bakıda start götürəcək minifutbol üzrə dünya çempionatının açılış mərasimindən əvvəl konsert proqramı təşkil olunacaq.
Bu barədə "Mediasport"a Azərbaycan Minifutbol Federasiyasnından məlumat verilib.
Tədbirdə lazer və mappinq şoular baş tutacaq. Xalq artisti Aygün Kazımova və Türkiyə estradasının ulduzu Aleyna Tilki sevilən mahnıları ilə qonaqları əyləndirəcəklər.
Bu şounun və ümumilikdə mundialın biletləri satışa çıxarılıb. Azarkeşlər açılış mərasiminin və oyunlarının biletlərini iticket.az saytından və şəhərin kassalarından əldə edə bilərlər.
Biletlərin qiyməti 10-50 manat aralığındadır. Bilet əldə edən azarkeşlər Milli Gimnastika Arenasındakı çempionatın gün ərzində keçiriləcək bütün oyunlarını izləmək imkanı qazanacaq.
Dünya birinciliyinin açılış mərasimi saat 19:00-da, ilk matçı 21:00-da başlanacaq.