Yassin Benzia Azərbaycana gəlsə, yalnız "Qarabağ" üçün qayıdacaq
2023-2025-ci illərdə "Qarabağ"da oynamış Yassin Benzia Azərbaycandan təklif alıb.
"Mediasport" xəbər verir ki, əlcəzairli vingeri Premyer Liqa klublarımızdan biri transfer etmək istəyib.
Lakin 32 yaşlı futbolçu qarşı tərəfə Azərbaycana yalnız "Qarabağ" üçün qayıda biləcəyini çatdırıb.
Xatırladaq ki, Benzia Ağdam klubundan ayrıldıqdan sonra Səudiyyə Ərəbistanının “Əl-Feyha” komandasına keçsə də, hazırda azad agentdir.

