"Qarabağ"ın rəqibi hücumçusunu Sinqapur komandasına göndərdi
“Qarabağ”ın UEFA Avropa Liqasında rəqibi ÇSKA-da (Bolqarıstan) ayrılıq yaşanıb.
"Mediasport" xəbər verir ki, Sofiya klubufu Matias Faeton ilə vidalaşıb.
26 yaşlı hücumçu Sinqapur təmsilçisi “Lion Siti”yə keçib.
Qvadelupalı forvard ötən həftə ÇSKA-nın "Qarabağ"la Bakıda baş tutan ilk duelində meydana çıxmamışdı.


