"Ordu" avrokuboklara Norveç klubu üzərində səfər qələbəsi ilə başladı
Azərbaycanın kişi voleybolçulardan ibarət "Ordu" komandası CEV Çelenc Kubokunun 1/32 final mərhələsində ilk oyununu keçirib.
"Mediasport" xəbər verir ki, təmsilçimiz Norveçdə "Forde" kollektivinin qonağı olub.
Görüş "hərbçilər"in inamlı qələbəsi ilə yekunlaşıb - 3:0 (25:11, 25:17, 25:19).
Komandalar arasında cavab qarşılaşması noyabrın 19-da Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutacaq.

