AFFA hakimləri söyən məşqçi və futbolçuya 4 oyunluq cəza verdi

AFFA hakimləri söyən məşqçi və futbolçuya 4 oyunluq cəza verdi

AFFA İntizam Komitəsinin iclası keçirilib.

"Mediasport" xəbər verir ki, toplantıda 2-ci Liqanın 10-cu turunda qeydə alınmış qayda pozuntlarına dair hüquqi qərarlar çıxarılıb.

İK "Şəmkir"in futbolçusu Fuad Əhmədovu və "Difai"nin məşqçisi Əli Hüseynovu müvafiq olaraq "Ağstafa Gəncləri" və "Zəngəzur"la matçlarda hakimləri təhqir etdiklərinə görə cəzalandırıb.

Qırmızı vərəqə hər iki şəxs qarşıdakı 4 oyunu buraxacaq, həmçinin komandaları 1000 manat cərimə ödəyəcəklər.