Almeyda "Qarabağ"da işə başladı - Qurbanovun köməkçisi olacaq

 Almeyda "Qarabağ"da işə başladı - Qurbanovun köməkçisi olacaq

Azərbaycan millisi və “Qarabağ”ın sabiq futbolçusu Riçard Almeyda Ağdam klubunda işləyəcək.

"Mediasport" xəbər verir ki, braziliyalı məşqçilər korpusunda Qurban Qurbanovun köməkçisi kimi çalışacaq.

11 mövsüm "atlılar"ın formasını geyinmiş cənubi amerikalı həm də seleksiya işləri ilə məşğul olacaq.

O, əsasən Braziliyada istedadlı və perspektivli futbolçuların üzə çıxarılıb “Qarabağ”ın akademiyasına cəlb olunması istiqamətində fəaliyyət göstərəcək.

Yığmamızın sabiq üzvü artıq yeni köhnə-yeni klubunda işə başlayıb, komandanın bugünkü məşqində iştirak edib.

Xatırladaq ki, 2017-2023-cü illərdə millimizdə çıxış etmiş Almeyda ağdamlıların forması ilə 300-dən çox oyun keçirib.