"Turan Tovuz"un baş məşqçisi məşhur kluba namizəd göstərildi

“Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev Rusiyanın “Spartak” klubunu çalışdırmağa əsas namizəd göstərilib.
"Mediasport" xəbər verir ki, bu təkliflə Rusiya milli komandasının sabiq futbolçusu İvan Novoseltsev çıxış edib.
Veteran müdafiəçi "Matç" TV-yə müsahibəsində deyib ki, Moskva təmsilçisinin rəhbərliyi hazırkı baş məşqçi Deyan Stankoviçi istefaya göndərib yerinə tatarıstanlı mütəxəssisi gətirməlidir:
"O, böyük təcrübəyə malikdir və komandanı yeni səviyyəyə qaldıra bilər. İnanıram ki, Berdıyev komandaya dəvət edilsə, çox yaxşı qərar olar. Yaxşı nəticələr əldə edə biləcəyini göstərmiş təcrübəli məşqçidir".
Xatırladaq ki, "Spartak" hazırda Rusoya Premyer Liqasında geridə qalan 11 turdan sonra 18 xalla 6-cı pillədə qərarlaşıb.
Lider ÇSKA-nın aktivində 24 xal var.
Kurban Berdıyev 2008 və 2009-cu illərdə “Rubin”lə Rusiya çempionu olub, 2011/2012-ci illər mövsümündə kubokun, 2010 və 2012-ci illərdə isə Superkubokun qalibi olub.