"Beynəlxalq Əlillər Günü"nə həsr edilmiş turnirə yekun vuruldu
AFFA və Azərbaycan Əlillər Futbolu Federasiyasının birgə təşkilatçılığı, Sahə Futbol Federasiyasının və Azərbaycan Deflimpiya Komitəsinin dəstəyi ilə eşitmə məhdudiyyətlilər arasında "3 dekabr Beynəlxalq Əlillər Günü"nə həsr edilmiş futzal turnirinə yekun vurulub.
"Mediasport" xəbər verir ki, baş tutan oyunlardan sonra "Azəri" komandası yarışın qalibi olub.
"Ümid" ikinci, "Bakı" isə üçüncü yeri tutub.
Turnirin son oyunlarının ardından mükafatlandırma mərasimi keçirilib.
Bundan başqa, 12 qola imza atan "Azəri"nin oyunçusu Elcan Heydərov turnirin bombardiri olub.
Bakı"nın üzvü Nizaməddin Əzimzadə turnirin ən yaxşı qapıçısı, "Ümid"dən Ayxan Tanrıverdili isə ən yaxşı oyunçusu seçilib.
