"Zirə"nin Xorvatiya klubu ilə oyunlarının saatları dəqiqləşdi

"Zirə"nin Xorvatiya klubu ilə oyunlarının saatları dəqiqləşdi

UEFA Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsində mübarizə aparacaq "Zirə"nin Xorvatiyanın "Hayduk" klubu ilə oyunlarının saatları dəqiqləşib.

"Mediasport" xəbər verir ki, iyulun 23-də 8-ci kilometr stadionunda ("Neftçi Arena") keçiriləcək ilk qarşılaşma saat 19:30-da start götürəcək.

İyulun 31-də Split şəhərində yerəşən “Polyud Stadium”da reallaşacaq cavab görüşü isə Bakı vaxtilə saat 23:00-da başlanacaq.