"Neftçi" Sloveniya toplanışında "Partizan"a qarşı - YENİLƏNİR
Yeni mövsümün hazırlığını Sloveniyada davam etdirən "Neftçi" bu gün ikinci yoxlama oyununu keçirəcək.
"Mediasport" xəbər verir ki, Yuri Vernidubun komandası "Partizan"la (Serbiya) qarşılaşacaq.
Matç Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
Qeyd edək ki, "ağ-qaralar" toplanış çərçivəsində ilk hazırlıq görüşündə Rumıniyanın ÇFR kollektivinə uduzub - 1:2.


