Bu axşam pley-off mərhələsinin daha 3 qarşılaşması keçiriləcək

Bu axşam pley-off mərhələsinin daha 3 qarşılaşması keçiriləcək

ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi Dünya Kuboku turnirində pley-off mərhələsinin oyunları davam edir.

"Mediasport" xəbər verir ki, bu axşam saat 21:00-da start götürəcək qarşılaşmada Fil Dişi Sahili yığması Norveç millisi ilə üz-üzə gələcək.

Fransa seçməsi İsveç, Meksika isə Ekvador futbolçuları ilə qarşılaşacaq.

DÇ-2026. Pley-off

21:00 Fil Dişi Sahili - Norveç

01:00 Fransa - İsveç

05:00 Meksika - Ekvador