Argentina yığması Dünya Kubokunda finala çıxa bilməyəcək
"Football Meets Data" superkompüteri DÇ-2026-da komandaların finala vəsiqə qazanmaq şanslarını müəyyənləşdirib.
"Mediasport" xəbər verir ki, texnoloji sistem əsas favorit kimi Fransa yığmasını seçib - 31,2 faiz.
İspaniya ikinci (25,4 faiz), İngiltərə üçüncü (22,6 faiz), son dünya çempionu Argentina isə üçüncü olub (20,8 faiz).
Xatırladaq ki, iyulun 14-15-də keçiriləcək Dünya Kubokunun yarımfinallarında Fransa - İspaniya və İngiltərə - Argentina matçları baş tutacaq.
Yarış iyulun 19-da yekunlaşacaq.


