"Ayın qolu" layihəsi çərçivəsində növbəti qalib mükafatlandırıldı

  "Ayın qolu" layihəsi çərçivəsində növbəti qalib mükafatlandırıldı

Futbol üzrə Azərbaycan 2-ci Liqasında "Ayın qolu" layihəsi çərçivəsində növbəti qalib məlum olub.

"Mediasport" xəbər verir ki, oktyabr ayının ən yaxşı qolunun qalibi "Xankəndi"nin futbolçusu Sərxan Ağayev seçilib.

Hücumçuya mükafatı 9-cu turun "Göygöl"lə qarşılaşmasından əvvəl Peşəkar Futbol Liqasının Media şöbəsinin rəisi Müzəffər Müzəffərli təqdim edib.