Bakı avqustda daha iki beynəlxalq güləş turnirinə ev sahibliyi edəcək
Bu yay Bakıda güləş üzrə iki beynəlxalq turnir keçiriləcək.
Azərbaycan Güləş Federasiyasından "Mediasport"a verilən məlumata görə, avqustun 27-dən 29-dək çimərlik güləşi üzrə mötəbər yarışlar ölkəmizdə təşkil ediləcək.
Avqustun 27-də paytaxtda U-17 dünya çempionatı baş tutacaq.
Növbəti 2 gündə isə böyüklər arasında Dünya Seriyasının IV mərhələsi reallaşacaq. Hər iki yarış ölkəmizdə ilk dəfə olacaq.
Xatırladaq ki, Bakı iyulun 27-dən avqustun 2-dək sərbəst, qadın və yunan-Roma güləşi üzrə U-17 dünya çempionatına da ev sahibliyi edəcək.
